Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İbrahim Tatlısəslə eyni masada, yanbayan dörd saat oturmuşam” - VİDEO

“İbrahim Tatlısəslə eyni masada, yanbayan dörd saat oturmuşam” - VİDEO

Tarix: 14 Oktyabr 2022 16:20

"Türk sənət musiqisinin "imperatoru" İbrahim Tatlısəslə üç-dörd dəfə görüşmüşük. İbrahim güllələnməmişdən əvvəl Moskvada bir neçə dəfə birlikdə toy aparmışıq. Bizim ilk görüşümüz Bakıda olub. Həmin gün onun konsertinə gedə bilmədim. Çox hörmətli bir iş adamının məclisi idi. Zəng edib dedilər ki, tez-tələsik filan yerə gəl. İçəri girəndə İbrahimi görəndə gözlərimə inanmadım. Həmin iş adamı söylədi ki, İzzət də Azərbaycanın İbrahim Tatlısəsidir".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

İbrahim Tatlısəsə fanatlıq etdiyini söyləyən sənətçi, bir neçə dəfə Moskvada onunla birlikdə toy apardığını açıqlayıb:

"Onun ifa etdiyi mahnılardan birini oxudum. İbrahim ifamı eşidib kövrəldi və başladı ağlamağa. İllər əvvəl toyların birində fanatlıq etdiyim türk sənət musiqisinin "imperatoru" İbrahim Tatlısəslə görüşdüm. Onunla eyni masada, yanbayan dörd saat oturmuşam. Onunla çoxlu fotolar çəkdirdim, söhbətlərimiz oldu. İllər əvvəl İbrahimin "Tək-tək" mahnısı yeni çıxmışdı.

O nəğməni çıxan kimi mən də ifa etdim, hətta klip də çəkdim. Gəldim Moskvaya. Toy sahibi İbrahim Tatlısəsə dedi ki, "Tək-tək" mahnısını bir yerdə oxuyun.

Söylədi ki, hər ikinizin ifasında bu mahnını çox sevirəm. İbrahimin ansambılı ilə ilk dəfə həmin nəğməni Moskavada toyda birlikdə ifa etdim. Mən İbrahimin fanatı olmuşam. Hər zaman onu dinləmişəm. O da mənim müəllimim olub. Kaset və diskləri ilə...".

Milli.Az


Etiketlər:  İbrahim Tatlısəslə eyni masada yanbayan dörd saat oturmuşam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ