Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilotla stüardessa təyyarədə dalaşdı - VİDEO

Pilotla stüardessa təyyarədə dalaşdı - VİDEO

Tarix: 15 Oktyabr 2022 03:44

Sərxoş təyyarə pilotu stüardessa ilə əlbəyaxa dava edib və Türk Hava Yollarının Türkiyədən İndoneziyaya uçan reysini pozub. Laynerdə turistlərin gözü qarşısında baş verən hadisə videoya düşüb.

Sonxeber.net bildirir ki, hadisənin videosunu və təfərrüatlarını "Liputan6" telekanalı yayıb.

Qeyd olunub ki, İstanbuldan Cakartaya uçarkən İndoneziyanın "Batik Air" aviaşirkətinin pilotu olan Muhammed Con Cayz Budeveyn nalayiq hərəkətlər etməyə başlayıb. Sərxoş vəziyyətdə olan şəxs uçuş heyətinin üzvünə əlavə içki vermək istəmədiyinə görə hücum edib.

Hadisə şahidlərinin çəkdiyi kadrlarda bir-birindən yapışan iki nəfərin təyyarənin koridorunda necə dalaşdığı görünüb. Daha sonra stüardessa indoneziyalıya bir neçə dəfə təpik vurub, bundan sonra o, sərnişinlərin qışqırığına məhəl qoymadan yerindən tullanıb və özünü şirkət əməkdaşının üstünə atıb.

Təyyarə komandiri marşrutdan kənara çıxmaq qərarına gəlib və İndoneziyanın Kuala Namu hava limanına enməyə məcbur olub. "Batik Air"in sahibi olan "Lion Air Group" sonradan Budeveynin onların işçilərindən biri olduğunu təsdiqləyib. Mətbuat xidməti hadisə zamanı pilotun məzuniyyətdə olduğunu və şəxsi məqsədlər üçün uçduğunu qeyd edib.

İrfan Vəliyev


Etiketlər:  Pilotla stüardessa təyyarədə dalaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ