Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 16:03
Bakı. Ləman Zeynalova - Trend:
Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaşı kimi görür.
Bunu Trend-ə Avstriyanın Dayanıqlı İnkişaf və Turizm Federal Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bərpa olunan enerji istehsalı uğurlu enerji keçidinin əsas nöqtəsidir:
“Hazırda Avstriya ambisiyalı, amma real hədəfə çatmağa çalışır: 2030-cu ilədək 100 faizlik bərpa olunan enerjiyə keçmək. Biz digər ölkələrin təcrübələri ilə maraqlanırıq”.
Nazirlikdən həmçinin Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) qaz kəmərinin tikintisi layihəsinin əhəmiyyətini vurğulayıblar:
“BRUA qaz-nəqliyyat infrastrukturu “Cənub Qaz Dəhlizi”nin Balkan və Mərkəzi Avropada genişlənməsi mərhələlərində istifadə oluna bilər”.
Nazirlikdən bildiriblər ki, Azərbaycan Avropaya mühüm enerji ehtiyatları tədarükçüsüdür:
“Hazırda Azərbaycan və Avstriya bu sahədə müxtəlif səviyyələrdə yaxşı əməkdaşlıq edirlər”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin