Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 16:12
Bakı. Samir Əli - Trend:
Müdafiə Nazirliyinin hərbi hissələrində siyahıyaalınma prosesinə start verilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınma prosesi başlayıb.
Bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub və qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin