Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 08:38
Böyük Britaniya hakimiyyəti vətəndaşlığı olmayan ukraynalı qaçqınları qəbul etməkdən imtina edir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Rusiya hərbi əməliyyatı başlayandan indiyədək Ukrayna ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsi olan 500 mindən çox xarici vətəndaş olub. Onların arasında Afrika və Asiyadan olan təxminən 76,000 tələbə var.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatlarına əsasən, fevralın sonundan bəri digər ölkələrinin 325 min vətəndaşı Ukraynanı tərk edib.
Öz növbəsində Britaniya hökuməti iki sığınacaq sxemini təsdiqləyib. Birincisi ölkədə yaşayan qohumlarının olmasını, ikincisi isə Britaniya vətəndaşının qaçqını yerləşdirmək istəyini nəzərdə tutur.
Eyni zamanda, hakimiyyət qaçqının Ukrayna vətəndaşlığının olmasını və ya Ukrayna vətəndaşının müşayiəti faktının qeydə alınmasını tələb edir.