Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 21:06
Yeməyi kərə yağında bişirmək və qızarmaq olar, amma bu zaman vacib qaydalara əməl etmək lazımdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim toksikoloq Mixail Kutuşov kərə yağında yemək bişirməyin təsirindən danışıb.
"Kərə yağında tüstülənmə azdır, ona görə qızartma olar, amma o ərzaqları ki, yüksək hərarətdə bişmə lazım olmasın.
Yağ dağ olub, tüstülənməyə başlasa, onda kanserogen maddə hasil olur.
Kərə yağı az zəif odda sadəcə qızdırılmalıdır, dağ olunmamalıdır.
Əgər yağ çox qızıb, qəhvəyi rəng aldısa, onda bişirmək olmaz.
Belə yağda hazırlanmış qida orqanizm üçün avtomatik kanserogen təsirlidir.
Dağ yağda ət, kartof yaxşı olar ki, bitki yağında qızardılsın".