Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 12:20
Türkiyəli müğənni Hadisə həyat yoldaşı Mehmet Dinçərlərdən boşandıqdan sonra haqqında çıxan iddialara sərt cavab verib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, istər onun, istərsə Mehmetin, istərsə də ailələrinin ünvanına səsləndirilən fikirlərə artıq səssiz qalmayacağını vurğulayıb:
"Bu günə qədər haqqımda çıxan doğru və ya yanlış xəbərləri istər ifadə, istər media azadlığına önəm verdiyim və məşhurluğun gətirdiyi qurban olaraq gördüyüm üçün anlayışla qarşılaşmağa səy göstərirdim. Nə var ki, xəbər dəyəri olmayan, təkzib etməyə tənəzzül belə etmədiyim, şəxsi kin, xəsislik, pislik duyğuları ilə hər şeydən əvvəl qadınlıq şərəfimi zədələyən, ailəmə, hətta boşandığım şəxs və onun ailəsinə qarşı hörmətsizliyi özündə əks etdirən, böhtan və təhqir səviyyəsinə çatan şayiələrə səssiz qalmayacağam. Əsla qəbul etmirəm, etməyəcəyəm də. Mənim üçün əxlaqın özü istehsal etmək, işini düzgün görmək, ölkəm, başda oradakı qadın və uşaqlar olmaqla cəmiyyət üçün faydalı, yararlı, örnək bir sənətçi olmaqdır. Bu günə qədər necə gəlmişəmsə, bundan sonra da bu xətt üzrə irəliləyəcəyəm".
Hadisə haqqında əsassız iddialar səsləndirənlərə qarşı hüquqi iş qaldırılacağını bildirib.