Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 18:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir çox ölkənin dövlət və hökumət başçıları Bartında mədən karxanasında baş verən partlayışda həyatını itirənlərə bağlı başsağlığı verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ərdoğan Twitter səhifəsində təşəkkür edib:
"Bartında yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə, onların xalqlarına və beynəlxalq təşkilatlara səmimi həmrəyliklərinə görə, Türk Milləti adından təşəkkür edirəm".
Prezident Ərdoğan sosial media hesabından paylaşımında başsağlığı verən ölkələrin bayraqlarına yer verib.
Bugünkü mesajlarla prezident Ərdoğana başsağlığı verən ölkələrin sayı 81, beynəlxalq təşkilatların sayı isə 7 olub.