Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 19:34
Ağsu rayonunun Zərqəva kəndində məktəb yoxdur. Ona görə də bu kəndin uşaqları məktəbə getmirlər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənddə məktəb olmadığı üçün buradakı bəzi uşaqlar yazıb-oxumağı belə bacarmırlar.
Buraya ən yaxın məktəb isə qonşu kənddədir. Amma məsafə uzaq olduğuna görə valideynlər övladlarını o məktəbə apara bilmirlər.
Valideynlər deyirlər ki, uşaqları qonşu kəndin məktəbinə ancaq atla aparmaq imkanları var. Amma havalar soyuduqda və yağış yağmağa başladıqda heç onu da etmək mümkün olmur.
Sakinlərin sözlərinə görə, məktəbsizlik ucbatından kənddən köçənlər də olub, övladını internat tipli məktəbə qoyanlar da.
Bir neçə il əvvələ qədər kənddə ancaq ibtidai məktəb olub. Amma sonradan o da ləğv edilib.
Kənd icra nümayəndəliyindən bildirildi ki, məktəb şagird azlığı səbəbindən bağlanıb.
Problemlə bağlı Ağsu rayon Təhsil Şöbəsindən isə bildirildi ki, Zərqəva kəndində şagirdlərin sayı yetərli olmadığından həmin kənddə məktəbin tikilməsi mümkün deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: