Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda işıqforun tələbini pozan sürücü qəza törədib, xəsarət alanlar var - FOTO

Bakıda işıqforun tələbini pozan sürücü qəza törədib,  xəsarət alanlar var - FOTO

Tarix: 18 Oktyabr 2022 08:10

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində qeyd alınıb.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, "Volkswagen" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib.

Bu zaman avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. "Mercedes" markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az


Etiketlər:  Bakıda işıqforun tələbini pozan sürücü qəza törədib xəsarət alanlar var FOTO


RƏYLƏR