Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 15:56
2022-ci ilin 9 ayı ərzində 174 uşaq övladlığa verilib.
Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 90 nəfəri oğlan, 84 nəfəri isə qızdır.
Bu dövr ərzində övladlığagötürmə ilə bağlı 291 müraciət daxil olub ki, onlardan 128-nə tələblərə uyğun olmadığı üçün imtina verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.