Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taliban” Əfqanıstana ordu yeritmiş ölkələrdən kompensasiya tələb edir

“Taliban” Əfqanıstana ordu yeritmiş ölkələrdən kompensasiya tələb edir

Tarix: 18 Oktyabr 2022 19:02

Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı SSRİ və NATO-nun ölkənin ekologiyasına vurduğu ziyana görə kompensasiya tələb edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə "Taliban" hökumətinin xarici işlər nazirinin müavini Məhəmməd Abbas Stanikzai çıxış edib.

O, bu barədə Əfqanıstanda iqlim həftəsi münasibətilə keçirilən tədbirdə deyib.

Məhəmməd Abbas əlavə edib ki, təxminən 50 ilə yaxın davam edən müharibələr zamanı istifadə edilən kimyəvi silahların və hava bombalarının təsirindən Əfqanıstanda ekoloji vəziyyət ürəkaçan deyil, əfqanlar arasında isə digər ölkələrlə müqayisədə xərçənqdən ölüm halına daha çox rast gəlinir.

Milli.Az


Etiketlər:  Taliban Əfqanıstana ordu yeritmiş ölkələrdən kompensasiya tələb edir


RƏYLƏR