Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biletləri 20 saata satıldı, konsert iki gün olacaq

Biletləri 20 saata satıldı, konsert iki gün olacaq

Tarix: 19 Oktyabr 2022 18:00

6 il fasilədən sonra ABŞ-dan qayıdan və səhnəyə çıxmağa hazırlaşan reper Orxan Zeynallının konsert biletləri 20 saat ərzində satılaraq Azərbaycan tarixində rekord qırıb.

"Biletləri ən sürətli satılan konsert" ünvanını alan "40-cı paralel"in ikinci günü də əlavə olunub.

20 noyabrın səhəri günü - yəni, 21 noyabrda da Orxan eyni konsert proqramı ilə "Elektra Events Hall"da səhnəyə çıxacaq.

İlk günə satılan 3100 biletdən sonra, 21 üçün satılan biletlər bu gün 19:00-da "İticket" platformasında aktiv olacaq.

Qeyd edək ki, keçmiş HOST qrupunun AİD ləqəbli Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.

O, "Hekayəm", "40-cı paralel", "Mavi qızılgüllər", "Karusel", "Yadımda deyilsən", "Bəlkə də nə vaxtsa" kimi hitlərin müəllifidir.

Milli.Az


Etiketlər:  Biletləri 20 saata satıldı konsert iki gün olacaq


RƏYLƏR