Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi özünü ''qaçırdı'', atasından fidyə tələb etdi

Kişi özünü ''qaçırdı'', atasından fidyə tələb etdi

Tarix: 19 Oktyabr 2022 19:40

Hindistanın Dehli şəhərində polis öz oğurluğunu təşkil edən və atasından fidyə olaraq külli miqdarda pul tələb edən şəxsi həbs edib.

Milli.Az bildirir ki, bu barədə "India Today" məlumat yayıb.

Prem Çandanın qohumları polisə ərizə ilə müraciət edərək, oğlunun onlara zəng etdiyini və naməlum şəxslərin onu qaçırdığını bildiriblər. İddialara görə, hücum edənlər onlara 200 min rupi (2 500 dollar) ödəməyi tələb ediblər. Əks halda qaçıranlar onu öldürməklə hədələyiblər.

Polis araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hindistanlının mobil telefonunun işlədiyini və Haryana ştatının Dhankot kəndində olduğunu müəyyən ediblər. Oraya gələn polis və kişinin qohumları Premi tapdılar.

Hindli motosikletlə onlardan qaçmağa çalışsa da, polis onu yaxalayaraq saxlamağa müvəffəq olub.

Dindirilərkən Prem pula ehtiyacı olduğunu açıqlayıb və atasından fidyə almaq üçün "oğurluğu" özü təşkil etdiyini deyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Kişi özünü qaçırdı atasından fidyə tələb etdi


RƏYLƏR