Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada daha bir soydaşımız həlak oldu - FOTO

Tarix: 19 Oktyabr 2022 23:54

"Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Odessada fəaliyyət göstərən "Birlik" dispor təşkilatının sədr müavini Anar Ağazadə sosial media hesabında paylaşıb.

O bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur.

Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var.

Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib.

Qeyd edək ki, Vahid Əzizovun qardaşı hazırda Baxmut istiqamətində döyüşür.

Milli.Az


Etiketlər:  Ukraynada daha bir soydaşımız həlak oldu FOTO


RƏYLƏR