Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bir köpək oğlu, erməni balası özününkünü söyməzdi”

“Bir köpək oğlu, erməni balası özününkünü söyməzdi”

Tarix: 20 Oktyabr 2022 14:40

"Şəhid verdiyimiz gün özünün yarı çılpaq və ya restoranlarda keyfli yığıncaqlardan şəkillərini sosial şəbəkələrdə paylaşanlar indi İctimai TV-nin musiqili çarxından utanırlar. Bəli, mənim də xoşuma gəlmədi ki uşaqları bu işə cəlb ediblər. Mətndə olan bəzi məqamlar da ürəyimcə deyil".

Milli.Az olay-a istinadən yazır ki, bu sözləri feysbukda aparıcı İlahə Şıxlinskaya İTV-də yayımlanan "3D" verilişinin tənqid olunması haqda qeyd edib. 

O, Fransa Prezidenti Emmanuel Makronla bağlı mahnının uşaqlarla oxunmasına irad bildirlənlərdən yazıb:

"Amma bu sarkastik proqramdır, unutmayın. Bu verilişin məğzi budur. Ən əsası isə, əvvəl güzgüyə baxın, sonra danışın. "Pay atonnan" necə də şişirtdilər söhbəti. Heç olmasa düşmənlərimizdən öyrənin! Onlar misal üçün, RTƏ-na (Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan) belə mahnı yazsaydılar (hünərləri çatmaz), bir köpək oğlu, erməni balası özünkünü söyməzdi! İndi gəlib yazacaqlar ki biz onların səviyyəsinə enməyək".

Şıxlinskayanın statusuna "SOY" prodakşının rəhbəri Oqtay Əliyev də münasibət bildirib:

"Bilirsiniz nə var. Bir qrup TV-yə, mədəniyyətə, kinoya qənim kəsilib, hər işə bir mız qoyub gözdən salmaqla məşğuldular. Tik-toku, tərbiyəsizliyi isə təbliğ edirlər. Yaxşı edib, belə çəkibsiniz. Əlinizin içindən gəlib. Hərə bir cür münasibət bildirir. Haydi divan "qəhrəmanları" sizin münasibəti gözləyirik".

Qeyd edək ki, Avroviziya qalibi Nigar Camal və keçmiş model Natella Kərimova uşaqların siyasətə alət edilməsini qınamış, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım etmişdilər. İTV-nin açıqlamasında isə bu mahnıda uşaq xorunun iştirakının yersiz hesab edilmədiyi bildirilmişdi.

Milli.Az


Etiketlər:  Bir köpək oğlu erməni balası özününkünü söyməzdi


RƏYLƏR