Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda “Kish Inox 2022” sərgisi keçirilir - FOTO

İranda “Kish Inox 2022” sərgisi keçirilir - FOTO

Tarix: 22 Oktyabr 2022 08:24

"Kish Inox 2022" böyük sərgi İranın Kiş adasında.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İranın investisiya imkanlarını tanıdan 14-cü beynəlxalq sərgi və 9-cu beynəlxalq fond bazarı, bank, sığorta və özəlləşdirmə sərgisi 250 şirkət və müəssisənin iştirakı ilə keçirilib.

İranın ən böyük biznes və investisiya tədbirlərindən biri olan bu sərgi beş gün ərzində İranın Fars körfəzində yerləşən Kiş adasında Kiş Beynəlxalq Sərgi Mərkəzində keçirilir.

Sərgi maliyyə bazarı, investisiya bazarı və digər maraqlı tərəflərin, eləcə də geniş ictimaiyyət və investisiya, birja, bank, sığrta və özəl sektorun nümayəndələrinin iştirakı ilə Kiş Beynəlxalq Sərgi Mərkəzində təşkil olunub.

Bu iqtisadi tədbirdə maliyyə və iqtisadi sahələr üzrə ixtisaslaşmış konfranslar və görüşlər təşkil olunub.

Qeyd edək ki, bu iqtisadi sərgi məhsuldar iqtisadiyyata sərmayə qoyuluşunun gücləndirilməsi, inkişafın və ticarətin asanlaşdırılması, pul və maliyyə siyasətinin təşkili, azad və xüsusi iqtisadi zonaların inkişafı diqqət mərkəzində olmaqla investisiya imkanlarının təqdim edilməsi məqsədi ilə təşkil edilib.

Milli.Az


Etiketlər:  İranda Kish Inox 2022 sərgisi keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ