Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi boksçular arasında yarımfinalçılar müəyyənləşib

Kişi boksçular arasında yarımfinalçılar müəyyənləşib

Tarix: 23 Oktyabr 2022 11:04

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a bildiriblər ki, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 21 döyüş baş tutub.

Yeddi çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Tayfur Əliyev, Malik Həsənov və Məhəmməd Abdullayev yarımfinalda döyüşmək hüququ qazanıblar.

Qeyd edək ki, çempionatda sabah yarımfinal döyüşləri keçiriləcək.

Milli.Az


Etiketlər:  Kişi boksçular arasında yarımfinalçılar müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ