Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 20:58
Rusiyalı məşhur müğənni Olqa Orlova Bakıda qarət olunub.
Gundem.az xəbər verir ki, bu barədə müğənni İnstaqram səhifəsində yazıb.
Sonxeber.net kult.az-a istinadən bildirir ki, İtaliyaya Bakıdan uçmalı olduğunu deyən müğənni restoranda qarət olunduğunu bildirib:
"Biz nahar etdik, hesabı gətirdilər. Çantamı açıb gördüm ki, içində pul yoxdur. Qəpiyinə kimi bütün pulumuz oğrulanıb. Bu, böyük məbləğ idi".
Lakin çətinliklərə baxmayaraq, Orlova Bakını bəyəndiyini etiraf edib:
"Ancaq Bakı şəhəri gözəldir! "Blestyaşie" qrupunun qastrolundan bəri burada olmamışam. Və bu, 21 ildən çoxdur. İnsanlar heyrətamizdir".