Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 23:50
İrkutskda Su-30 qırıcısının düşdüyü evdə 5 nəfər yaşayır. Hadisə baş verən zaman onlar evdə olmayıblar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri şəhərin meri Ruslan Bolotov Teleqram kanalında yazıb.
Bolotov qeyd edib ki, onlara müvəqqəti yerləşmək üçün ev təqdim ediləcək.
Su-30-un düşməsi nəticəsində əmlakına zərər dəyən 2 ailə 100 min rubl (2760 manat) rubl alacaq, daha sonra isə onların evlə təminatı məsələsinə baxılacaq.
Qeyd edək ki, bu gün Su-30-un yaşayış binasına çırpılması nəticəsində hər iki pilot həlak olub.