Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb

Tarix: 24 Oktyabr 2022 12:02

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan Milli.Az-a bildirilib ki, oktyabrın 17-dən oktyabrın 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 28 tank əleyhinə mina və 367 partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 381 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az


Etiketlər:  Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb


RƏYLƏR