Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 12:20
Əfqanıstanda yeni dini qaydaları pozduğuna görə, saxlanılan 24 yaşlı qadın intihar edib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, 24 yaşlı qadın başqa kişi ilə gəzməyə çıxdığına görə, onun barəsində "daşlanaraq öldürülmə" cəzası verilib. Lakin qadın saxlanıldığı həbsxanada özünü asıb. Məlumata görə, qadın yoxlama zamanı saxlanılıb. Məlum olub ki, yanındakı kişinin qadınla qohumluq əlaqəsi yoxdur.
Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra dini qaydalar tətbiq edib. Qaydalara görə, qadınların ailə üzvlərindən başqa şəxslərlə evi tərk etməsi qadağandır.