Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Diri-diri basdırılan qadın məzardan qaçdı

Diri-diri basdırılan qadın məzardan qaçdı

Tarix: 25 Oktyabr 2022 20:38

Əri tərəfindən əmlak bölünməsi səbəbindən meşədə diri-diri basdırılan ABŞ sakini məzardan qaça bilib.

Milli.Az bildirir ki, bu barədə NBC News xəbər verib.

Şəxsi evə edilən çağırışa gələn polis, köməyə çağıran 42 yaşlı Yen Anı tapıb. "Ərim məni öldürməyə çalışır", - deyə qadın qışqırıb. Qurbanın boynu, ağzı və dizləri lentlə bağlanıb. "Ayaqlarında böyük qançırlar var idi. Əlləri, başı, saçları və paltarı palçığda idi", - məhkəmə sənədlərində deyilib.

Yen polisə bildirib ki, əri, 53 yaşlı Çhe Ken An gözlənilən boşanma və maliyyə məsələsini müzakirə etdikdən sonra evində ona hücum edib. O qeyd edib ki, Çhe əvvəllər də onu hədələyib. Kişi pensiya əmanətlərini verməkdənsə, arvadını öldürməyi üstün tutacağını deyib.

Kişi arvadına hücum edib, onu döyüb, gözlərini, əllərini və bədənini yapışqana büküb. O, qadını yataq otağında qoyub gedəndə Yen, "Apple Watch" smart saatından istifadə edərək xilasediciləri çağırıb və kontaktlarına təcili bildiriş göndərə bilib. Bundan sonra əri onu sürüyərək qaraja aparıb və çəkiclə saatı sındırıb. Daha sonra həmin şəxs keçmiş sevgilisini maşına yükləyib, meşəyə aparıb və onu diri-diri basdırmağa cəhd edib.

Yen ərinin yer qazdığını eşidib, daha sonra kişi qadını sinəsindən bıçaqlayıb və çuxura atıb. Qadın çıxmasın deyə kişi üstünə ağır ağac qoyub və çuxuru gillə doldurmağa başlayıb.

Yen üzündəki gili təmizləməyi bacarıb. O, bir neçə saat məzarda yatıb. Qaranlıq düşəndə ​​qadın gözünün lentini qoparıb və çuxurdan çıxıb. O, ən yaxın yaşayış binasını tapana qədər təxminən yarım saat keçib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin həyatı üçün təhlükə olmadığı bildirilib.

Elə həmin gün Çhe bir turist onun 2006-cı il "Dodge Grand Caravan" avtomobilini meşə cığırında gördükdən sonra həbs olunub. Cinayətkar həbsxanaya salınıb və orada zaminə buraxılmayıb. Müstəntiqlər meşədə Yenin təsvirinə uyğun təzə qazılmış qəbir tapıblar. Hadisə yerində onlar yapışqan lent qırıntıları və qadın saçları aşkar ediblər. Çhe adam öldürməyə cəhddə, adam oğurluğunda və hücumda ittiham olunub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Diri diri basdırılan qadın məzardan qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ