Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəfəs yoluna yemək düşüb ölən ATV əməkdaşını necə xilas etmək olardı? - VİDEO

Nəfəs yoluna yemək düşüb ölən ATV əməkdaşını necə xilas etmək olardı? - VİDEO

Tarix: 25 Oktyabr 2022 22:27

Bu gün ATV kanalının yeməkxanasında yediyi qidadan boğulan ATV əməkdaşı, Mustafa adlı sürücünün ölümü daha bir qəfil ölüm səbəbini gündəmə gətirdi.

Belə hallarda boğulan şəxsi xilas etmək üçün ilk saniyələr qiymətlidir.

Çox güman ki, nəfəs borusuna yemək düşən əməkdaş yerindən tərpənmədən sadəcə boğazını tutub və bir müddət onun boğulduğunun heç kim fərqində olmayıb.
Adətən belə halda insanın gözləri hədəqədən çıxır və o qızarır.
Ətrafdakılar onun ürəyinin tutduğunu və ya infarkt keçirdiyini güman edib. Təcili yardımı gözləmək isə boğulanın ölümü deməkdir. Və yaxud onun boğulduğunu görüblər, amma ona necə yardım etməyi heç kim bilməyib.

Milli.Az medicina.az-a istinadənqidanın nəfəs borusuna düşməsi səbəbindən boğulma zamanı tibbdə tövsiyə edilən ilk yardım metodunu təqdim edir.

Daha çox uşaqlarda rast gəlinən bu böyüklərdə yemək yeyərkən ehtiyatsızlıqdan baş verir. Balıq, toyuq sümüyü, hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür.
Bu hallarda ən yaxşı metod Heymlix texnikasıdır.

Bu metodu sözlərlə izah etmək çətin olduğundan, ən yaxşısı dəqiq izahı verilən videoya baxmaqdır.

Milli.Az


Etiketlər:  Nəfəs yoluna yemək düşüb ölən ATV əməkdaşını necə xilas etmək olardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ