Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 18:30
"Tamaşaçıların zövqü korlanıb, ciddi söhbətə qulaq asa bilmirlər. Boş-boş "hır-hır" edirlər. Nə qədər belə musiqi olar? Özü də bəstəkar yox, hamısı toyxana mahnılarıdır. Belə olmaz. Onları gedib toyda oxuyun".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Space maqazin"ə müsahibəsində deyib. O, bayağı mahnıların səsləndiyi kanalları dərhal dəyişdiyini bildirib:
"Kanalı dəyişib, heyvanlar aləminə, futbola baxıram. Çünki o məni əsəbləşdirir. Həkimim deyib ki, acığın gələn verilişlərə baxma".