Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 22:50
NATO-nun Baş katibi Stoltenberq kasıb ölkələrin davamlı təminatı üçün Rusiyanı taxıl sazişini uzatmağa çağırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Baş katib bunu Rumıniyanın Baş naziti Nikolae Çuke ilə birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna taxılının təhlükəsiz daşınmasına dair üçtərəfli saziş imzalanıb. 19 noyabrda vaxtı bitəcək sazişin uzadılması üçün BMT və Türkiyə çağırış edib.