Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlil kişini vəhşicəsinə döydülər

Əlil kişini vəhşicəsinə döydülər

Tarix: 27 Oktyabr 2022 05:46

Rusiyada, Novosibirsk şəhərinin Pervomayski rayonunda məktəbli anası ilə 33 yaşlı əlil kişini şəxsi düşmənçilik zəminində döyüb.

Milli.Az bildirir ki, bu barədə Kp.ru-ya zərərçəkmiş məlumat verib.

Uşaqlı ananın hücumu nəticəsində kişinin üzü qan olub, həkimlər ona beyin silkələnməsi diaqnozu qoyublar. Zərərçəkmiş polisə ərizə yazıb. O, iddia edir ki, şagird başqa uşaqlarla birlikdə sosial şəbəkələrdə onu təhqir edib.

"Çox şey xatırlamıram, çünki başıma zərbə endirdi və bir neçə dəqiqə huşumu itirdim. Bilirəm ki, bu şagirdin anasına zəng etdi və qadın da məni onunla döymək üçün gəlib", - deyə əlil xatırlayıb.

Şagirdin anası da öz növbəsində baş verənləri əlil kişinin övladına kobudluq etdiyini yazması ilə izah edib. Həmçinin qadının dediyinə görə, o, məktəbdə dəfələrlə oğlanı izləyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Əlil kişini vəhşicəsinə döydülər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ