Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra hakimiyyəti başçılarının səlahiyyətləri artırılıb - FƏRMAN

İcra hakimiyyəti başçılarının səlahiyyətləri artırılıb - FƏRMAN

Tarix: 27 Oktyabr 2022 14:45

Prezident İlham Əliyev Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, icra hakimiyyəti başçılarının səlahiyyəti artırılıb.

Belə ki, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək səlahiyyəti olacaq.


Etiketlər:  İcra hakimiyyəti başçılarının səlahiyyətləri artırılıb FƏRMAN


RƏYLƏR