Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 19:58
Rusiyada, Krasnoyarsk diyarında 37 yaşlı Kuraqinski rayon sakini bir yaş yarımlıq qızını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Yuliya Arbuzova məlumat verib.
İstintaqın məlumatına görə, oktyabrın 25-də uşaqlı rus qadın Kuraqino kəndindən Koşurnikovo kəndinə qızın atasının yanına gəlib. Oktyabrın 26-da axşam saatlarında evdə qızı ilə tək olan qadın onu çimizdirməyə başlayıb və proses zamanı boğub.
Bundan sonra o, özü polisə zəng edərək qətli etiraf edib. Müstəntiqlər, kriminoloqlar və əməliyyatçılar hadisə yerinə gəlib. Qadın dindirilib, onun həbsi məsələsi həll edilir.
Məlum olub ki, qadının ilk evliliyindən daha iki övladı var - 14 yaşlı oğlan və 10 yaşlı qız. İndi onlar ailədən alınaraq sosial işçilərə təhvil verilib.
İrfan Vəliyev