Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdakı tıxac problemi ilə bağlı DAHA BİR TƏKLİF: “Gəncəyə köçürülsünlər”

Bakıdakı tıxac problemi ilə bağlı DAHA BİR TƏKLİF: “Gəncəyə köçürülsünlər”

Tarix: 28 Oktyabr 2022 12:24

Paytaxtda müşahidə edilən tıxac artıq ciddi problemə çevrilib. Pproblemin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Sonxeber.net bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov isə Sfera.az-a açıqlamasında Bakıda tıxacın iqtisadi təsirlərindən söz açıb. O qeyd edib ki, ölkəmizdə Bakıdan sonra cəmi iki böyük şəhər hesab edilən Sumqayıt və Gəncə var  və onların da toplam əhali sayı 700 minə belə çatmır:

"Hələ üstəlik Sumqayıt əhalisi də Bakıya axışır - kimi iş üçün, kimi təhsil üçün.  Sumqayıt kimi sənaye şəhərinin əhalisi Bakıya axışırsa, onda Lənkərandan, Şəkidən, Qubadan Bakıya axışan insanlara nə demək olar? Bunun bəsit adı urbanizasiyadır. Bütün ölkələrdə inkişaf artıqca urbanizasiya vüsət alır. Amma urbanizasiya təkcə bir şəhərin şişməsi, insanların bir şəhərə toplanması deyil, urbanizasiya həm də belə şəhərlərin sayının artması prosesidir. Biz isə urbanizasiyanı yalnız paytaxtda hiss edirik. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Tıxac bu fəsadların gözlə görünən ən sadə nümunələrindəndir. Çıxış yolu isə regionları inkişafıdır. Uğurlu olanda bu prosesin özü böyük şəhərlər yaradır. Bu, uzun proses olsa da, amma problemin ən real həllidir".

Müsahibimiz qeyd edib ki, mütləq kənd təsərrüfatı məhsulları üzrə emalı sahəsində ciddi vergi güzəştlərinə başlanılmalıdır:

"Həmçinin əksər ali məktəblər fərqli regionlara köçürülməlidir. Bakıda kirayə qalan tələbələr kirayə haqlarını, gündəlik xərclərini rayonlarda xərcləyəcək. Kirayə bazarı canlanacaq. Müəllim heyəti rayonlarda yaşayacaq, pullar orda xərclənəcək, iqtisadi aktivlik formalaşacaq. Yardımçı sahələr rayon əhalisinə məşğulluq imkanı yaradacaq. İnsanlar ailəsini, uşağını götürüb çörək dalınca Bakıya qaçmayacaq. Aktivlik artıqca orta məktəblərdə belə canlanmalar artacaq. Müəllimlərin, həkimlərin rayonlarda işləmək istəyi formalaşacaq. Bu da zəngirvari rayon iqtisadiyyatına geridönüş edəcək. Hansı qurumların ki, işi birbaşa regionlarla bağlıdır, onlar Gəncə şəhərinə köçürülməlidir. Qurumlararası komunikasiyalar onsuz da elektron formatdadır".


Etiketlər:  Bakıdakı tıxac problemi ilə bağlı DAHA BİR TƏKLİF Gəncəyə köçürülsünlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ