Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Covid-19-un iki yeni variantı aşkar edildi

Covid-19-un iki yeni variantı aşkar edildi

Tarix: 28 Oktyabr 2022 21:56

Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda, "Omicron" variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.

Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun "Omicron" variantının alt versiyasına "BQ.1" və "XBB" adlarının verildiyi bildirilib.

UKHSA rəsmisi Mira Çand, ""SARS-CoV-2"nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. "BQ.1" və "XBB" variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir", - qeyd edib.

O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.


Etiketlər:  Covid yeni variantı aşkar edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ