Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı qazı artırır, Tiflis sevinir - Qazancını açıqladı

Bakı qazı artırır, Tiflis sevinir - Qazancını açıqladı

Tarix: 29 Oktyabr 2022 18:40

Əgər Azərbaycan beynəlxalq bazara qazın artırılmasını Gürcüstan üzərindən həyata keçirərsə, bu, Gürcüstana enerji idxalını azaltmağa imkan verəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Texniki Universitetinin professoru Giya Arabidze yerli mediaya açıqlamasında deyib.

"Ötürülən qazın həcmi 50% artır, bu isə o deməkdir ki, Gürcüstan əhalisi tam razı qalacaq, ölkənin qazlaşdırılması prosesi daha fəal davam etdiriləcək və biz öz qazımızı yığa biləcəyik, elektrik enerjisinin idxalını minimuma endirəcəyik", - o bildirib.

Professorun sözlərinə görə, əgər Azərbaycan 2027-ci ilə qədər qaz nəqlinin həcmini 20 milyarda qaldırmağı planlaşdırırsa, 2030-cu ilə qədər bu rəqəm 30 milyard ola bilər:

"30 milyardın 5%-i tranzit haqqı olaraq Gürcüstanda qalır. Bu isə 1,5 milyard kub metr qaz deməkdir.

Bu layihələrin neft istiqamətində də davam etməsi Supsa terminalının və Bakı-Supsa kəmərinin bərpası deməkdir, burda ciddi gəlirlər olacaq, yeni iş yerləri açıqlacaq".

Qeyd edək ki, Səngəçal terminalından Supsa limanına neft kəməri 1999-cu ildə açılıb və bu kəmərin illik ötürmə gücü 7 milyon tondan artıqdır.

Milli.Az


Etiketlər:  Bakı qazı artırır Tiflis sevinir Qazancını açıqladı


RƏYLƏR