Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Tarix: 18 Aprel 2019 15:12

Bakı. Trend:

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmi nümayəndəsinin sözlərinə görə, S.Lavrovun ATƏT baş katibi ilə görüşü aprelin 24-də Beynəlxalq təhlükəsizlik üzrə VII Moskva konfransı çərçivəsində nəzərdə tutulub.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lavrov ATƏT baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ