Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2022 20:12
Tokio hakimiyyəti oktyabrın 29-da Seulda baş verən faciə ilə əlaqədar oktyabrın 31-də paytaxtın mərkəzi rayonlarında Hellouin bayramının qeyd edilməsinə nəzarət edəcək yerli polis patrullarını gücləndirmək qərarına gəlib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, polis şəhər sakinlərini sıx qruplara toplaşmamağa çağıracaq, həmçinin onları gecikmələr olmadan küçələrdən keçmələrini xahiş edəcək.
Bundan əlavə, bir qarşıdurma meydana gəlməsinin qarşısını almaq üçün insanların kütlənin içinə düşmə ehtimalının qarşısını alacaqlar.