Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çılpaq kişi qandalda polisdən qaçaraq boğulub

Çılpaq kişi qandalda polisdən qaçaraq boğulub

Tarix: 1 Noyabr 2022 06:32

Amerikanın Oklahoma ştatının Talsa şəhərində həbs olunan şəxs polisdən qaçaraq göldə boğulub.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları "Shoreline Apartment Homes" yaşayış kompleksində bir nəfəri saxlayıb. O, polisin hadisə yerindən tapdığı kərpiclə şüşə qapını sındırıb. Qeyd olunub ki, naməlum səbəblərdən saxlanılan şəxs tamamilə lüt olub.

Polis kişinin qollarını qandallayıb və onun yaş paltarını mənzilində səpələnmiş halda tapıb. İstintaq zamanı saxlanılan şəxs məmurlarla danışıb, özünü sakit aparsa da, qəfildən binanın arxa qapısından içəri qaçıb. O, həyətin məhəccərindən tullanaraq özünü kompleksin ərazisində yerləşən gölə atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kişini tutmağa çalışsalar da, buna nail ola bilməyiblər. Kişi özünü gölə atıb. Hadisə yerinə gələn su polisi saxlanılan şəxsi axtarmağa başlayıb. Suyun bulanıq olması səbəbindən axtarış çətin keçib.

Bir neçə saatlıq axtarışlardan sonra kişinin meyiti tapılıb. "Biz şübhəlinin yaxın qohumunu axtarırıq", - polis deyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Çılpaq kişi qandalda polisdən qaçaraq boğulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ