Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 08:39
"Soçidə söhbət sülh müqaviləsindən və bu müqavilədə kommunikasiyaların açılmasından, Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləməsindən və "Artsax"ın (Qarabağın - red) taleyindən gedib".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu erməni medaiasına müsahibəsində tanınmış politoloq Aleksandr İskəndəryan deyib. Onun sözlərinə görə, guya əslində Bakıya sülh yox, Qarabağ lazımdır.
"Artıq iş dalana dirənib. Ona görə də hesab edirəm ki, indi, yəni bir neçə il konteksində ən yaxşı variant münaqişənin silahdan istifadə yolu ilə deyil, danışıqlar masası arxasında həll olunacağı vəziyyətə gətirməkdir. 2020-ci ildən sonra biz tamamilə yeni bir vəziyyət görürük. Bu prosesə yenidən girməliyik. Biz bunu hələ etməmişik. Ermənistan əvvəlcə vəziyyəti düzəltməyə kömək edəcək davranış variantını seçməyə, sonra isə yoluna davam etməyə çalışır",-deyə İsgəndəryan bildirib.