Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Ermənistana qaz ixracını ikiqat artırır

İran Ermənistana qaz ixracını ikiqat artırır

Tarix: 1 Noyabr 2022 21:48

İranın Ermənistana qaz ixracı iki dəfə artacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni deyib.

O bildirib ki, bu gün Ermənistanın baş nazirinin İrana səfəri ilə eyni vaxtda bu ölkə ilə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə yanaşı, elektrik enerjisi ilə qaz mübadiləsi müqaviləsinin 2030-cu ilə qədər uzadılması da imzalanıb.

Çəgni qeyd edib ki, hazırda İran Ermənistana gündəlik bir milyon kubmetr qaz ixrac edir. Bu həcm yeni memorandum əsasında iki dəfə artırılacaq.

Milli.Az


Etiketlər:  İran Ermənistana qaz ixracını ikiqat artırır


RƏYLƏR