Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 yaşlı oğluna spirtli içki içirdən valideynlər 3 il müddətinə azadlıqdan məhrum ediliblər

15 yaşlı oğluna spirtli içki içirdən valideynlər 3 il müddətinə azadlıqdan məhrum ediliblər

Tarix: 2 Noyabr 2022 14:32

Rusiyada, Lipetsk vilayətində cütlük 15 yaşlı oğlunu sistematik şəkildə içirdiyinə görə üç il azadlıqdan məhrum edilib.

Sonxeber.net bildirir ki, bu haqda vilayətin Krasninski rayon prokurorluğundan məlumat verilib.

Onlar öz təqsirlərini tam etiraf edərək izah ediblər ki, yeniyetmə tanış olmayan kampaniyalarda spirtli içki içməsin deyə onu evdə içirdiblər.

Nəzarət orqanının məlumatına görə, fevralın 7-dən 15-ə qədər valideynlər oğlu ilə birlikdə dəfələrlə tərkibində ən azı 4 faiz spirt olan pivə içiblər.

Qeyd olunub ki, ailədəki vəziyyət prokurorluq tərəfindən nəzarətə götürülüb.

İrfan Vəliyev


Etiketlər:  yaşlı oğluna spirtli içki içirdən valideynlər müddətinə azadlıqdan məhrum ediliblər


RƏYLƏR