Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 19:25
Xalq artisti Miri Yusif başına gələn xoşaqəlməz hadisədən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Şənbə axşamı" verilişində danışıb.
Ötən yay "Yaşıl teatr"da verdiyi konsertdən söz açan sənətçi daha əvvəl səsinin batdığını açıqlayıb.
"Konsertdən bir-iki gün əvvəl səsim batmışdı. Əsəbdən oldu. İctimai yerdə əsəbiləşdim, qışqırdım. Ondan sonra gözüm qorxdu. Dedim ki, konsert ərəfəsində ictimai yerdə olmayacağam, müsahibə verməyəcəyəm".