Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki gün meşədə qalan turist belə xilas oldu

İki gün meşədə qalan turist belə xilas oldu

Tarix: 3 Noyabr 2022 05:44

ABŞ-ın Kolorado ştatında qatar sərnişini pəncərədən baxıb, təsadüfən yaralı turisti görüb və onu ölümdən xilas edib.

Milli.Az bildirir ki, bu barədə CNN Travel məlumat yayıb.

Nyu-Meksiko ştatından olan qadın Kolorado gəzinti yolu boyunca səfərə çıxıb, lakin tezliklə çay sahili boyunca təyinat yerinə çatmaq üçün cığırdan yayınmağa qərar verib. Bir müddət sonra amerikalı uğursuz yıxılaraq ayağını sındırıb. O, iki gün meşədə qalıb, insanların yanına getməyə çalışıb. Nəticədə o, çayın kənarında dəmir yolunun yanında yer tapmağı bacarıb. Qadın diqqət çəkəcəyi ümidi ilə qatarı gözləyib.

Qatarın sərnişinlərindən biri pəncərədən qurbanı görüb və konduktora məlumat verib. Qatar dayandırılıb və tibbi bacarıqlara malik olan qatar heyətinin iki üzvü xilasediciləri çağırıb, onlar gələnə qədər yaralı qadının yanında qalıblar.

Axtarış-xilasetmə qrupu turisti helikopterlə xəstəxanaya aparıb, ona tibbi yardım göstərilib. "Onun sağ qalması inanılmazdır. Onun nə yeməyi, nə suyu, nə də başqa xilasetmə vasitələri var idi", - deyə dairənin fövqəladə hallar idarəsinin sözçüsü Deanna Gallegos bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İki gün meşədə qalan turist belə xilas oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ