Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Populyar aktrisa Rusiyadan qaçdı...

Populyar aktrisa Rusiyadan qaçdı...

Tarix: 3 Noyabr 2022 13:55

Dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin əleyhinə çıxan 84 yaşlı populyar aktrisa Liya Axecakova yəhudi dövlətində görünüb. 

Rusiyanın "sarı mətbuatı" aktrisanın "gizli qaçış"ından qəzəbli məqalələr dərc edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "informing.ru" nəşri yazıb.

Üzdəniraq jurnalistlər bu günlərdə fevralın sonundan İsraildə yaşayan musiqiçi Andrey Makareviçin dərc etdiyi şəkilə diqqət çəkib.

"Maraqlıdır, mən burada teatrlarda Moskvaya nisbətən tez-tez oluram. İşlərin biri o birindən gözəldir.

Bu yaxınlarda A. Belının "Mən buradayam!", dünən isə Liya Axecakovun iştirakı ilə "Mənim Veniamin nəvəm" monotamaşasının premyerası baş tutub!

Fiziki agentin bəxtinə bir baxın!" - fotonun altından "Maşina vremeni"nin lideri belə yazıb.

Axecakova Moskvada ləğv edilən tamaşanı İsrailə gətirib, bunu "Məşhurların gündəliyi" Telegram-kanalı yazıb.

Söhbət Lüdmila Ulitskayanın "Mənim Veniamin nəvəm" pyesindən gedir.

Bu zaman Moskva afişalarına görə, bu tamaşa Axecakovun iştirakı ilə dekabrda Taqankada nümayiş etdirilməlidir.

Milli.Az


Etiketlər:  Populyar aktrisa Rusiyadan qaçdı


RƏYLƏR