Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məlumat sızdı - “Paşinyan Soçidə Putinə deyib ki, başqa yol yoxdur, Qarabağ…”

Məlumat sızdı - “Paşinyan Soçidə Putinə deyib ki, başqa yol yoxdur, Qarabağ…”

Tarix: 3 Noyabr 2022 21:18

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi görüşü ilə bağlı rəsmi məlumatlarla yanaşı, tərəflərin real mövqelərini göstərən yeni detallar da ortaya çıxır. Xüsusilə, Rusiya mənbələri ilə sıx əməkdaşlıq edən bir sıra informasiya platformaları həm ikitərəfli, həm də üçtərəfli görüşlərin təfərrüatlarını təqdim edir".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.

Məqalədə qeyd olunur ki, Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə nizamlanmanın rus variantı ilə yanaşı, Qərb versiyasını da seçməyə hazır olduğunu açıqlayıb.

Nəşrin iddiasına görə, Paşinyan Putinə deyib ki, hər iki variant İrəvana uyğundur:

"Yeri gəlmişkən, bu ideya Ermənistanın hakimiyyətinin mövqeyində də var. Sözügedən platformalara görə, Putin Paşinyana iki variant arasında fərqlərin olduğunu bildirib. Ekspertlər deyirlər ki, "Vaşinqton sənədi"ndə Qarabağın statusu belə qeyd edilmir, rus variantında isə qarşıdakı illərdə statusun müzakirə edilməsinin zəruriliyi vurğulanır.

Qərb variantını və ya Prezident İlham Əliyevin tələblərini qəbul etmək Qarabağın statusunun gündəmdən, rusiyalı sülhməramlıların isə bölgədən çıxması deməkdir. Adıçəkilən informasiya platformalarının məlumatına görə, Paşinyan qərarının tam şüurlu olduğunu və başqa variantın olmadığını bildirib.

Məlumata görə, üçtərəfli danışıqlar son dərəcə gərgin şəraitdə keçib. Rusiya prezidentinin açıqladığı bəyanatdan kənarda qalan məsələlərə gəlincə, bunlar Putinin özünün qaldırdığı məsələlərdir: Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə açıq təminat, sülhməramlıların mandatının yenilənməsi (Paşinyanın qəbul edilməyən təklifi), statusun müzakirəsinin təxirə salınması.

Ekspertlərin fikrincə, Paşinyan faktiki olaraq Qarabağın Azərbaycana təhvil verilməsi prosesinə müqavimət göstərməyi dayandırıb".

Nəşr iddia edir ki, sülh müqaviləsinin Rusiya variantı Ermənistana uyğun olsa da, Paşinyan Qərbin təklifini qəbul edərək, Qarabağın Azərbaycana təhvil verilməsinə razılıq verib.


Etiketlər:  Məlumat sızdı Paşinyan Soçidə Putinə deyib başqa yoxdur Qarabağ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ