Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stoltenberq Finlandiya və İsveçin NATO-ya qəbulu vaxtının çatdığını deyib

Stoltenberq Finlandiya və İsveçin NATO-ya qəbulu vaxtının çatdığını deyib

Tarix: 3 Noyabr 2022 22:14

Helsinki və Stokholm Türkiyə tərəfinin Şimali Atlantika Alyansına qoşulmaq tələblərini yerinə yetirib, buna görə də onları NATO-ya qəbul etməyin vaxtı çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

"Finlandiya və İsveç Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetiriblər, buna görə də onları nəinki dəvət etmək vaxtı çatıb, onları çoxdan dəvət ediblər, həm də onları alyansa üzv etmək vaxtı çatıb. Mən bu məsələni sabah Prezidentlə (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) müzakirə edəcəm. Bu, hesablamalarda heç bir səhvə yol verməmək üçün indiki şəraitdə Rusiyaya düzgün siqnal göndərmək üçün xüsusilə vacibdir", - o deyib.

Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.

Milli.Az


Etiketlər:  Stoltenberq Finlandiya İsveçin NATO qəbulu vaxtının çatdığını deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ