Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN məsələni nəzarətə götürüb

Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN məsələni nəzarətə götürüb

Tarix: 4 Noyabr 2022 14:48

Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar.

Sonxeber.net bildirir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".


Etiketlər:  Göyçayda yaşlı qızın toyu olacaq DİN məsələni nəzarətə götürüb


RƏYLƏR