Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 15:58
Aktrisa Meqan Foksun nişanlısı, reper Kolson Beyker (Machine Gun Kelly - MGK) Piter Pen sindromundan əziyyət çəkdiyini bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bunu "Hollywood Reporter's Awards Chatter" podkastına etiraf edib. Verilişin qonağı olan reper həmçinin "Buğa" filmində çəkilməsindən danışıb. O, qeyd edib ki, onun özü də filmdəki obrazına oxşayır.
Qeyd edək ki, Meqan Foks və Kolson Beyker 2020-ci ilin iyununda münasibətlərini açıqlayıb və 2022-ci ilin yanvarında nişanlandıqlarını elan ediblər. Əgər bu evlilik baş tutarsa, aktrisa üçün ikinci olacaq. Belə ki, 2010-cu ildə o, Brayan Ostin Qrinlə ailə qurub və 2022-ci ilin fevralında cütlük rəsmi olaraq boşanıb.