Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki leykoz

Xroniki leykoz

Tarix: 5 Noyabr 2022 07:21

Xronik leykozlar miyeloprolivativ və limfoprolivativ olmaqla 2 yerə bölünür. Xroniki miyeloplolivativ xəstliklərə aşağıdakılar aiddir:
- xroniki miyeloleykoz
- eritermiya
- idiopatik mielofobroz
- esensial trombosistemiya
- xronik meqakariositar leykoz
- hemoragik trombosistemiya.
Leykozun bütün növləri üçün polipotent kötük hüceyrələri səviyyəsində deffektin olması xarakterik əlamət sayılır. Bu deffekt daha sonralar sinif kötük hüceyrələri tərəfindən produksiya olunur. Bu hüceyrələr miyeloid qanyaranmanın 3 istiqamətinə təsir edir. Bu istiqamətlər eritositar, qranulositar və meqakarriositar hüceyrələrdir. Miyeloir poliferasiya bu xəstəliyin mahiyyətini təşkil edən əsas əlamətdir ki, bu zaman qanyaranmanın bir neçə hüceyrə tipində patologiya baş verir.
Xəstə hüceyrələrin patoloji surətdə çoxalması sələf hüceyrələrinin mutasiyası sayılır.
Xəstəlik bir-neçə mərhələdən ibarət olub, şiş toxumasının proqressivləşməsi ilə özünü göstərir. Xroniki leykozlara ən çox 30-70 yaş arası adamlarda rast gəlinir. Xəstəlik özünü aşağıdakı klinik əlamətlərlə biruzə verir:
- intoksikasiya
- zəiflik
- tərləmə
- çəkinin azalması
- dalaq və qaraciyərdə böyümə
- dəridə leykemik infiltirasiyalar
- sümük iliyində və qanda periferik dəyişikliklər.
Xəstənin sümük iliyində və qanında şiş hüceyrələrinin aqressivləşməsi ilə əlaqədar olaraq xəstədə klinik əlamətlər çoxalır və vaxtında ,düzgün müalicə olunmadıqda daha da ağırlaşır.
Xəstəlik ilkin mərhələlərdə aşkarlanarsa və düzgün istiqamətdə müalicə olunarsa, xəstənin ömrünü 7-8 il uzatmaq mümkün olur.


Etiketlər:  Xroniki leykoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ