Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 13:32
G7 ölkələri Ukraynaya yardım üçün koordinasiya mexanizmi yaradacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Almaniyada keçirilən görüşdən sonra G7 ölkələrinin xarici işlər nazirlərinin yekun bəyanatında deyilir.
Dünyanın ən böyük iqtisadiyyatları Kiyevə kritik infrastrukturun bərpasına və qorunmasına kömək edəcək.
"Rusiya mülki əhalini atəşə tutmaqla qorxutmağa çalışır. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar müharibə cinayətləridir və biz insanlığa qarşı cinayətlərə görə tam cavabdehliyi təmin etmək əzmində olduğumuzu bir daha təsdiqləyirik", - deyə bəyanatda qeyd olunub.