Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 23:03
Rusiya ordusunda xidmət edən kazanlı hərbçilər əmək haqlarını ala bilmədiklərinə görə etiraza qalxıblar.
Sonxeber.net bildirir ki, Tatarıstandan səfərbərlik əsasında ordu sıralarına çağırılmış şəxslər elementar məişət problemlərinin həll olunmadığını deyirlər.
Onlar düşərgədə paslı "Kalaşnikov" avtomatları aldıqlarını, içəmli su, yemək və çadırlarda sobaları qalamaq üçün odun çatışmadığını deyirlər.
Polkovnik etiraz dalğasını yatırmağa çalışsa da, səfərbər olunmuşlar onu əvvəl fitə basıblar, sonra da söyərək qovublar.
Daha sonra komanda-qərargah çadırından çıxan general sualları cavablamadığı üçün söyülüb, təhqir edilib.