Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - VİDEO

Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - VİDEO

Tarix: 7 Noyabr 2022 15:48

Azərbaycanda uşaq bağçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdən görüntülər yayılıb. Görüntülərdə Vətən müharibəsində yaralanmış qaziləri canlandırmaq üçün uşaqların müxtəlif orqanları - ayaqları, başları, qolları sarınıb. Əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar qaziləri təmsil ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə hiddətlə qarşılanıb. Uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi tənqid olunub.

Görüntülərin hansı məktəbəqədər təhsil müəssisəsində çəkildiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Uşaq bağçasındakı görüntülər tənqid olundu VİDEO


RƏYLƏR