Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gündə 6 stəkan- Uzunömürlülərin içkisi

Gündə 6 stəkan- Uzunömürlülərin içkisi

Tarix: 8 Noyabr 2022 19:03

Alimlər çayın yaşlı insanlarda ömrü uzatdığını sübut edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Böyük Britaniya alimləri yeni elmi tədqiqatlarında çayın yaşlıların beyninə təsirini araşdırıb.

Əvvəlki elmi işlər göstərmişdi ki, çay içmək demensiya və koqnitiv pozulmalar riskini azaldır.
Amma bu içkinin 80 yaşından yuxarı insanların beyninə necə təsir etməsi dəqiq araşdırılmamışdı.

Alimlər Britaniyanın 700 yaşlı sakininin çay vərdişlərini təhlil edib. İştirakçıların yaş həddi 80-85 arası idi.
Onların içində 200 nəfər 100 yaşına çatmışdı.

Toplanmış informasiyaların təhlili göstərib ki, gündə 5 fincandan az olmayaraq çay içənlərin koqnitiv qabiliyyətləri çay az və ya heç içməyənlərdən daha yaxşı qorunur.

Çayxorlar digərlərindən fərqli olaraq, yaddaş və diqqət testlərini uğurla edib.
Bundan əlavə, çaya sevgi psixomotor funksiyaları, başla,beyinlə əllər arasında dəqiq əlaqəni, hərəkətliliyi təmin edir.
Alimlər hesab edir ki, çay mütləq yaşlı insanların rasionuna daxil edilməlidir. Sadəcə çayı şəkərsiz içmək lazımdır.

Milli.Az


Etiketlər:  Gündə 6 stəkan Uzunömürlülərin içkisi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR